Bəstəkar-müğənninin anası dünyasını dəyişdi FOTO

Bəstəkar-müğənninin anası dünyasını dəyişdi FOTO

Bəstəkar-müğənni Arif Səlimovun anası dünyası dəyişib. SİA-ya bu haqda sənətçinin özü məlumat verib: "Anam artıq son aylar səhhəti ilə bağlı problemlər yaşayırdı və buna görə də, sənətimə fasilə verdim. Hər an anamı itirmək qorxusu ilə yaşayırdım. Amma bu dərd mənim də bir gün qapımı döyməli idi və o gün gəldi. Fələk anamı əlimdən aldı. Hazırda anamın olmadığına inana bilmirəm. Onu da deyim ki, pis günümdə xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq bacıları, əməkdar artist Mehriban Xanlarova, aparıcı-müğənni Vüsalə Rəcova yanımda olub. Hər birinə təşəkkür edirəm".

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə