Dövlət Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yeni klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, ekran işi ifaçının "Sən öyrətmisən" lirik mahnısına çəkilib. Mahnının sözləri müğənni və bəstəkar Elza Seyidcahana, musiqisi isə Əli Vəkiloğluna aiddir. Klipi rejissor Aydın AS lentə alıb. Ekran işində sənətçinin stilisti Elnur Həsənov olub.
Qeyd edək ki, klipin çəkilişləri Bakının mənzərəli yerlərində və Xəzər dənizin sahilində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB