Azərbaycan etno-cazi ilk dəfə Norveçdə FOTOLAR

Azərbaycan etno-cazi ilk dəfə Norveçdə FOTOLAR

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupu Norveçin paytaxtı Oslo şəhərində konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbəə görə, layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilati Milli Şurasının dəstəyi ilə həyata keçirilib.

Oslo Meriyasinin türk əsilli deputati Gulay Kutal Jazz konsertini açıq elan edərək bildirib ki, bu cür səviyyəli mədəniyyət layihələri Oslonun mədəni həyatını zənginləşdirməklə yanaşı, dünya mədəniyyətinin sərhələr tanımaığını sübut edərək, xalqlar arasında dostluğun güclənməsinə xidmət etməkdədir.

Norveçin tanınmış Stovner kilsəsində gerçəkləşən konsertdə "Cəngi" caz qrupu etno-caz layihəsi ilə maraqlı musiqi proqramı təqdim eib. Qrupun üzvləri Arzu Həsənlinin (vokal), Mircavid Cəfərovun (tar), Vasif Hüseynzadənin (piano), İsgəndər Ələsgərovun (zərb alətləri), Tural Qasımlının (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifalari ilə tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

İlk dəfə olaraq Azərbaycan etno cazını "Cəngi" qrupu Norveçdə səsləndirib. Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda "Cəngi" qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə