Bu dəfə Anar üçün maşın əldən getdi FOTOLAR

Bu dəfə Anar üçün maşın əldən getdi FOTOLAR

Aparıcısı və müəllifi Murad Dadaşov olan "Maşın" şounun növbəti buraxılışı baş tutub. SİA-nın verdiyi xəbərə görə, iştirakçıların gizli səsverməsi nəticəsində meyxanaçı Rəşad Dağlı yarışmanı tərk etməyə namizəd olub. O, proqramda qalacağı təqdirdə stilist Anar Ağakişiyevi uzaqlaşdıracağını deyib. Anar veriliş boyu tamaşaçılara qalması üçün müraciət edib.

Şouda qonaq qismində iştirak edən Pərviz Bülbülə həmkarı R.Dağlıya, müğənni Tünzalə Ağayeva isə A.Ağakişiyevə dəstək olduğunu bildirib.

Sonda Rəşad 51.11 faiz səs yığaraq Anarı yarışmadan uzaqlaşdırıb.

Qeyd edək ki, "Maşın" şouda Xatirə İslam, Samir Cavadzadə və Rəşad Dağlının iştirakı ilə final başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə