Gülü: “Rəmişin ikinci həyat yoldaşını evimdə saxlamışam”

Gülü: “Rəmişin ikinci həyat yoldaşını evimdə saxlamışam”

Deyilənlərə görə, xalq artisti, gitara ustası Rəmişin ikinci həyat yoldaşı Arzu xanımdan olan oğlu Hüseyn dünyasını dəyişib.

Məsələ ilə əlaqədar olaraq xalq artistinin özü ilə əlaqə saxlamaq istədik. SİA-ya açıqlama verən ifaçının hazırki həyat yoldaşı Gülü xanım inanılmaz etiraflar etdi: "Rəmişin Hüseyn adlı oğlu olub. Ancaq əfsuslar olsun ki, nakam yaşda vəfat edib. Onun anası Arzuya Allahdan səbr diləyirəm. Allah Arzuya bundan sonra gözəl günlər nəsb etsin. Mən o xanımı 4 ay evimdə saxlamışam. Onu yenə də harda görsəm öpüb, qucaqlıyaram. Onu da deyim ki, Rəmişin adına xələl gətirmək istəyən şəxsin kimliyini bilirəm. O da Rəmişin qardaşıdır. Ağsaqqal adamdır. Ona ayıb olsun. Xalq Rəmişlə fəxr edir. O isə qardaşının adını lazımsız məsələlərdə hallandırır".

Qeyd edək ki, Rəmişin qeyri-rəsmi yaşadığı Arzu xanımdan olan "Quska" adıyla tanınan oğlu Hüseyn 8 il əvvəl Rusiyada məhkum olunub və cəzaçəkmə müəsisələrindən birində 9 il həbs həyatı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə