Emin Ağalarovdan növbəti uğur FOTOLAR

Emin Ağalarovdan növbəti uğur FOTOLAR

Moskvada "Crocus City Hall"da Ru.TV-nin beşinci mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, gecədə mükafata layiq görülənlər arasında müğənni-bəstəkar Emin Ağalarov da olub. Onun rusiyalı ifaçı Svetlana Loboda ilə birlikdə səsləndirdiyi "Smotriş v nebo" ("Göyə baxırsan") mahnısı "İlin dueti" nominasiyası üzrə birinci olub.

Gecədə mükafat alanlar arasında Ani Lorak, Sergey Lazarev, "Serebro" və başqaları olub.

Qeyd edək ki, Emin müsabiqədə beş nominasiya üzrə yarışırdı: "Ən yaxşı duet" (Svetlana Loboda - "Smotriş v nebo"), "Ən yaxşı mahnı" ("Ya luçşe vsex jivu"), "Ən yaxşı müğənni", "Ən yaxşı konsert proqramı", "Sevənlər və sevməyənlər".

Bütün xəbərlər Facebook səhifəmizdə