Aşıq Əli “Maşın” şounu tərk etdi

Aşıq Əli “Maşın” şounu tərk etdi

"Maşın" şounun növbəti buraxılışı baş tutub. SİA-nın məlumatına görə, iştirakçılar bu dəfə müğənni Samir Cavadzadəni sms səsverməsinə çıxarıblar. İfaçı səs topladığı təqdirdə Aşıq Əlini oyundan uzaqlaşdıracağını deyib.

Stilist Anar Ağakişiyevlə Aşıq Əli arasında qalmaqal yaşanıb. Stilist aşıqla eyni yarışda qalmaq istəmədiyini deyərək, tamaşaçılardan Samir üçün səs istəyib. Aşıq Əli də əlini maşından çəkərək oyunu tərk edib.

Sonda S.Cavadzadə 54,54 faiz səs toplayaraq şouda qalıb.

Qeyd edək ki, şouda iştirakını davam etdirənlər müğənnilər Xatirə İslam, Samir Cavadzadə, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə