Xatirə "Maşın" şounun səs-küylü iştirakçısını çıxartdı

Xatirə "Maşın" şounun səs-küylü iştirakçısını çıxartdı

"Maşın" şounun növbəti buraxılışı baş tutub. SİA-nın verdiyi xəbərə görə, iştirakçıların gizli səsverməsi nəticəsində müğənni Xatirə İslam yarışmanı tərk etməyə namizəd olub. Aparıcı Murad Dadaşovun təqdimatında yayımlanan proqramda Xatirə aktrisa Mehriban Xanlarovanı çıxaracağını deyib. Bundan sonra iki xanım iştirakçı arasında qalmaqal başlayıb.

M.Xanlarova da tamaşaçılardan Xatirə üçün "getsin"ə səs verməyi xahiş edib. O, avtomobilə çox ehtiyacı olduğunu bildirib.

Sonda müğənni 64.14% səs yığaraq aktrisanı yarışmadan uzaqlaşdırıb.

Qeyd edək ki, şouda iştirakını davam etdirən müğənnilər Emil Bədəlov, X.İslam, Samir Cavadzadə, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə