“Maşın” şouya yenidən baxa biləcəksiniz?

“Maşın” şouya yenidən baxa biləcəksiniz?

Əməkdar artist Murad Dadaşov layihə rəhbəri və aparıcısı olduğu "Maşın" realiti şousunun yayımını mayın 19-da Bakıda baş verən faciə ilə əlaqədar dayandırmışdı. SİA-nın verdiyi xəbərə görə, veriliş bir neçə günlük fasilədən sonra bu gün efirə gedəcək. Şounun növbəti buraxılışına bu gün saat 22:00-da baxa bilərsiniz.

Qeyd edək ki, şouda iştirakını davam etdirənlər əməkdar artist Mehriban Xanlarova, müğənnilər Emil Bədəlov, Xatirə İslam, Samir Cavadzadə, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə