Elza Seyidcahan da yananları ziyarət etdi

Elza Seyidcahan da yananları ziyarət etdi

Əməkdar artist Elza Seyidcahan 19 may tarixində yanğında xəsarət alan insanları ziyarət edib. SİA-nın verdiyi xəbərə görə, yaralanan insanlara baş çəkən ifaçı xəsarət alan biri haqqında sosial şəbəkədə bunları yazıb: "Bu xanımı ölümdən pişiyi "Rurka" xilas edib. Ancaq pişik özü ölüb. Heyvandakı etibara baxın. Xanım deyir ki, yatıbmış. Pişik onu yuxudan oyatmasaydı, tüstüdən boğulub, öləcəkdi. Pişik ölümü öz üstünə götürüb, sahibini xilas edib. Şükür heyvanıva, ay Allah".

Bütün xəbərlər Facebook səhifəmizdə