Jurnalistdən İlkinə: “Getsin bozbaşını bişirsin”

Jurnalistdən İlkinə: “Getsin bozbaşını bişirsin”

Aparıcı İlkin Həsəni həmkarı Mətanət Əliverdiyeva haqda süjet hazırlayan ANS telekanalının ünvanına sərt sözlər ünvanlayıb. SİA-nın verdiyi xəbərə görə, o, "Bir telekanalın digərinə qarşı belə bir şərəfsizlik etdiyini görməmişdim. Bəs, hanı sizin jurnalist həmrəyliyiniz? Hanı dəqiqliyiniz, qərəzsizliyiniz?" sözlərini deyib. Xəbəri hazırlayan jurnalist, ANS-in əməkdaşı Ləman Ələşrəfqızı sosial şəbəkədə cavab verib: "Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə, Şoşuya baş qoşmaq niyyətim yoxdur. Getsin bozbaşını bişirsin. Mən sözümü dedim. Əks hücum da başa düşüləndir. İşinizdə olun".

Bütün xəbərlər Facebook səhifəmizdə