Elnarə onlara mahnı həsr etdi

Müğənni Elnarə Xəlilovadan yenilik var. SİA-nın verdiyi xəbərə görə, ifaçı yeni ərsəyə gətirdiyi "Yalnızlıq" mahnısını Bakıda baş verən yanğında həlak olanlara həsr edib: "Mahnı Allaha olan inama həsr edilib. Bakıda baş verən faciədə həlak olanlara Allahdan rəhmət diləyirəm. Bu mahnını onlara ithaf edirəm".

Qeyd edək ki, mahnının musiqisi Vüqar Camalzadənin, sözləri Kənan İsrafilovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə