Allahverdi Yolçuyev “Maşın” şoudan getdi

Allahverdi Yolçuyev “Maşın” şoudan getdi

Murad Dadaşovun aparıcılığı ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışında maraqlı anlar yaşanıb. SİA-nın verdiyi xəbərə görə, müəllifi və aparıcısı Murad Dadaşov olan proqramda iştirakçılar gizli səsvermə ilə Allahverdi Yolçuyevi sms səsverməsinə çıxarıblar.

Aktyor səs yığıb verilişdə qalacağı təqdirdə həmkarı Mehriban Xanlarovanı çıxaracağını deyib. Bundan sonra maşın ətrafında gərgin anlar yaşanıb. M.Xanlarova A.Yolçuyevin ailəsindən üzr istəyərək tamaşaçılardan "getsin"ə səs istəyib. O, aktyordan belə bir hərəkət gözləmədiyini deyib. Allahverdi Y. sonda 42.61% səs yığaraq yarışmanı tərk edib.

Qeyd edək ki, şouda iştirakını davam etdirənlər əməkdar artist M.Xanlarova, müğənnilər Emil Bədəlov, Xatirə İslam, Samir Cavadzadə, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə