Bagira bu dəfə həqiqətən ölüb?

Bagira bu dəfə həqiqətən ölüb?

Uzun müddətdir Türkiyədə yaşayan müğənni Bagiranın yenidən ölüm xəbəri gündəmi zəbt edib. SİA-nın verdiyi xəbərə görə, bu haqda prodüser Mikayıl Hüseynov sosial şəbəkədə yazıb: "2011-ci ildə Bagiranın ölüm xəbəri yayılmışdı. Onunla işbirliyinə son qoyduğum üçün elə bilirdi ki, bu məlumatı qəsdən mən yazdırmışam. Türkiyədə olan yaxın dostum bu gün mənə zəng etdi ki, Bagira, yəni Aynurə ölüb. Bir vaxtlar müğənni kimi çalışan xanım bu dəfə doğrudan da dünyasını dəyişib. Çox pis oldum. Allah rəhmət eləsin! Elə bir insanam ki, kimliyindən asılı olmayaraq, mənə yaxşılıq edən heç kimi unutmuram. Mənə bir az da olsun yaxşılıq edənin də hörmətini saxlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə