“Bakı-2015”in qonaqları muğamımızdan doymayacaqlar

“Bakı-2015”in qonaqları muğamımızdan doymayacaqlar

Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin üz tutacağı əsas yer Beynəlxalq Muğam Mərkəzi olacaq. Belə ki, vətənimizə gələcək qonaqlar hər yerə səs salan milli muğamımızı dinləmək üçün Beynəlxalq Muğam Mərkəzinə üz tutacaqlar.

SİA-ya açıqlama verən Beynəlxalq Muğam Mərkəzinin direktor müavini Məsturə Quliyeva "Bakı-2015" ilk Avropa Oyunları zamanı qonaqlar və yerli əhali üçün 4 konsert proqramı ilə çıxış edəcəklərini deyib: "Paytaxtımıza təşrif buyuracaq turistlər Bakı-2015" ilk Avropa Oyunları zamanı Beynəlxalq Muğam Mərkəzində dəyərli anlar yaşaya bilərlər. Belə ki, qonaqlarımız dəyərli musiqimiz olan muğamımızı canlı olaraq dinləyə biləcəklər. Avropa Oyunları ərəfəsində 4 konsert proqramı təşkil edəcəyik. Konsertlər zamanı xalq və əməkdar artistləri, tanınmış xanəndələr çıxış edəcəklər. Bir sözlə turistlərin rahat şəkildə mərkəzimizdə muğamımızı dinləmək üçün əlimizdən gələni edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə