"Maşın" şounun növbəti buraxılışı baş tutub. SİA-nın verdiyi xəbərə görə, iştirakçılar bu dəfə meyxanaçı Rəşad Dağlını sms səsverməsinə çıxarıblar. Meyxanaçı müğənni ABD Maliki oyundan uzaqlaşdıracağını deyərək, açıq oyun oynayıb.
Tamaşaçılardan R.Dağlı üçün səs istəyən Malik bunları deyib: "Bu gün məni şoudan çıxarmaqla heç bir şey qazanmırsan. Mən Rəşadla finala qalıb, orada gücümü göstərmək istəyirəm. Məni çıxartma, finalda yarışaq. Rəşada böyük hörmətim var. Həmişə ona qulaq asmışam. Bu bir oyundur. Fikri nədir, onu da etsin".
R.Dağlı "Malik, əgər özünə, tamaşaçılarına arxayın deyildinsə, niyə bu yarışa gəlirdin? Bilmirsən burada "əjdahalar" yarışır?" deyə, cavab verib. Sonda R.Dağlı 57,97 faiz səs yığaraq Maliki şoudan uzaqlaşdırıb.
Qeyd edək ki, şouda iştirakını davam etdirənlər əməkdar artist Mehriban Xanlarova, müğənnilər Emil Bədəlov, Xatirə İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB