Bollivudun tanınmış rejissoru Priyadarşan Bakıda film çəkəcək. SİA-nın verdiyi xəbərə görə, triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohonlal oynayacaq. Ekran işində, həmçinin, Aparna Nair və Sabu Siril də çəkiləcəklər. Hindistandan 20-yə yaxın kino işçisinin cəlb olunduğu ekran işində həm də azərbaycanlı aktyorlar - xalq artistləri Amaliya Pənahova, Həmidə Ömərova, Rasim Balayev və əməkdar artist Fizuli Hüseynov rol alacaqlar.
Çəkilişlər Bakıda, həmçinin, Azərbaycanın müxtəlif regionlarında aparılacaq. Sözügedən ekran işinin çəkilməsində məqsəd Azərbaycanı dünyaya tanıtmaq, tarixi və mədəniyyəti ilə bağlı geniş informasiya ötürməkdir. Sözügdən filmin ərsəyə gəlməsi üçün Hindistanın "Ful House" kino şirkəti Azərbaycanın "MR – Pictures Pro" və "Amal Film Production" la müqavilə imzalayıb.
Qeyd edək ki, rejissor Priyadarşanın filmoqrafiyası olduqca zəngindir. O, Bollivud tarixində 2-ci ən çox film çəkən rejissordur. "Kanchivaram" ekran işinə görə Hindistanın prezidenti tərəfindən iki dəfə ölkənin milli mükafatına layiq görülüb. Film sahəsindəki xidmətlərinə görə ölkəsinin müxtəlif ali mükafatlarını alan rejissor, həm də dövlət tərəfindən təsis edilən mülki "PADMASHRI" mükafatı ilə təltif olunub. Priyadarşan bununla yanaşı, müxtəlif ölkələrdə 168-dən çox reklam çarxı çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB