Sənətçinin klipinə 40 nəfəri cəlb edildi

Sənətçinin klipinə 40 nəfəri cəlb edildi

Müğənni İradə İbrahimova "Olmamalıydı" mahnısına klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi sözləri və musiqisi Şəhrazata, aranjimanı Ozan Çolakoğluna aid olan ekran işini yaxın günlərdə tamaşaçıların ixtiyarına verəcək.

Türkiyədə Gülşən Aybabanın lentə aldığı ekran işi həm Azərbaycanda, həm də qardaş ölkədə nümayiş olunacaq. Hazırda İstanbulda olan İ.İbrahimova yaxın günlərdə Bakıya gələcək.

Qeyd edək ki, "Olmamalıydı" klipi üzərində 40 nəfərdən ibarət yaradıcı heyət çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə