Abbas Xatirəyə görə maşından vaz keçdi FOTO

Abbas Xatirəyə görə maşından vaz keçdi FOTO

Əməkdar artist Murad Dadaşovun aparıcılığı ilə baş tutan "Maşın" realiti-şousunun növbəti buraxılışı baş tutub. SİA-nın verdiyi xəbərə görə, iştirakçıların gizli səsverməsi nəticəsində Aşıq Əlinin şəkilləri atılıb. O, şou boyu gizli oyun nümayiş etdirərək çıxaracağı iştirakçının adını deməyib. Mehriban Xanlarova Əlinin kimin adını çəkəcəyini demədiyi üçün özünü hədəf görüb. O, tamaşaçılardan "getsin"ə səs verməyə çağırıb.

Aşıq Əli isə qalib gələrsə dost hesab etdiklərindən birini çıxaracağını deyib. Sonda o, 87.20% səs yığaraq yarışmada qalıb. Aşıq X.İslamın adını demək istəyərkən əməkdar artist Abbas Bağırov maşından əlini çəkib. O, Xatirənin getməsini istəmədiyi üçün bu addımı atıb.

Qeyd edək ki, şouda iştirakını davam etdirənlər əməkdar artistlər M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Bədəlov, ABD M.Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, A.Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə