Müğənni Davud Güloğlu məhkəməlik olub. SİA-nın verdiyi xəbərə görə, buna səbəb o verilişlərin birində erməniəsilli ifaçı Hayko Cepkin haqqında dediyi "Qorxulu filmdən çıxan meymuna oxşayır. İt, pişik kəsir, ya yox, bəlli deyil. Bu və bunun kimiləri şarlatandır" sözləri olub. Buna görə də Hayko D.Güloğlundan 50 min lirə (təxminən 20 min manat) mənəvi təzminat tələb edir. Artıq 5 ildir davam edən prosesdə Haykonun meneceri şahid kimi dindirilib. O, Davudun sözlərinin onların işlərinə mənfi təsir göstərdiyini deyib: "Davud Güloğlunun danışığından sonra konsertlərimizin sayı azalıb. Bir çox işimizi itirdik. Hayko Cepkinin erməni olmasına görə, onsuz da Türkiyədə ona qarşı münasibət yaxşı deyildi. Xarici görünüşü və musiqilərinə görə də münasibət xoş deyildi. Onun açıqlamalarından sonra insanların Haykoya nifrəti yarandı. Cepkin qorxduğu üçün hətta bir il evdən çölə çıxmayıb".
D.Güloğlunun vəkili isə məhkəmədən açıqlamaların yer aldığı diskin montaj olub-olmadığını yoxlamağı tələb edib. Bu tələbi rədd edən məhkəmə əlavə şahidlərin dindirilməsi üçün prosesi təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB