Xalq artisti Səməd Səmədov mərhum bəstəkar Elxan Rəhimovun bəstələdiyi "Azəri balasıyam" adlı mahnıya klip çəkdirib. SİA-ya açıqlama verən xalq artisti bildirib ki, ekran işi bir müddət öncə hazır olsa da, "Bakı 2015" Avropa Oyunları ilə əlaqədar olaraq bu gün təqdim edilib: "Bu mahnını 15 il öncə ifa etmişdim. Dinləyicilərin istəyini nəzərə alıb, yeni aranjemanda ifa etdim. Daha sonra isə qərara aldım ki, bu bəstəyə klip çəkdirim. Hər kəsə məlumdur ki, bu yaxınlarda Azərbaycanda Avropa Oyunları keçiriləcək. Artıq bir aydan da az vaxt qalıb. Dünyanın bir çox ölkələrindən ölkəmizə idmançılar gələcək. Mənim də müğənni kimi Avropa Oyunlarına bir tövhəm olsun. Klipdə paytaxtımızın tarixi məkanları əks olunub".
Qeyd edək ki, "Azəri balasıyam" adlı klipin rejissoru Əli, prodüseri Rövşən Cəfərovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB