"Maşın" şounun növbəti buraxılışı baş tutub. SİA-nın verdiyi xəbərə görə, verilişdə iştirakçılar bu dəfə müğənni Abbas Bağırovu sms səsverməsinə çıxarıblar.Abbas həmkarı Günel Ələkbərovanı uzaqlaşdıracağını deyərək öncədən bəyan edib. Əməkdar artistə Aşıq Əli, Mehriban Xanlarova, Xatirə İslam, Emil Bədəlov, Elçin Hüseynov dəstək olublar. Günel isə təkbaşına mübarizə apararaq tamaşaçılardan Abbasın "getmə"sinə səs istəyib. Sonda A.Bağırov 63.85% səs yığaraq G.Ələkbərovanı şoudan uzaqlaşdırıb. Xanım müğənni iştirakçılarla görüşərkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, şouda iştirakını davam etdirənlər əməkdar artistlər A.Bağırov, M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Hüseynov, E.Bədəlov, ABD Malik Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB