Müğənni-bəstəkar Nazim Məmmədov hazırda çalışdığı ifaçılardan danışıb. SİA-ya açıqlama verən bəstəkar onların adlarını da deyib: "Emil Bədəlovla birgə işbirliyimiz var. Belə ki, bu il işıq üzü görən albomu üçün yeni mahnılar hazırlayırıq. Aşıq Əli ilə də yeni işimiz var. Belə ki, sözləri meyxanaçı Aqşin Fatehə məxsus olan mahnı üzərində çalışırıq. Sözügedən bəstə Aşıq Əlinin repertuarına tərs bir janrdır. Ancaq inanırıq ki, dinləyicilər tərəfindən bəyəniləcək".
Bəstəkar müğənni Mirkamil tərəfindən qızına mahnı hədiyyə olduğunu da deyib: "Mirkamil Kamilov sözləri və musiqisi özünə aid "Fatimə" adlı mahnını ərsəyə gətirib. Sözügedən bəstə qızım Fatiməyə həsr olunub. Mahnı artıq hazırdır. Yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək. Bu hədiyyə üçün Mirkamilə dərin təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB