Çingiz Mustafayev Azərbaycanı tərk edir?

Çingiz Mustafayev Azərbaycanı tərk edir?

Bu gün müğənni Çingiz Mustafayev və "Palmas life" qrupu beş yeni klipini media mənsublarına təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Çingiz işləri haqqında ətraflı məlumat verib: " "Palmas life" qrupu ilə birgə beş klip ərsəyə gətirdik. Məşhur dünya və yerli mahnılarımızı "cover" etdik. Ekran işi verdiyimiz mahnılar "Pəncərə", "Confessa", "Səbr elə", "Mi princesa", "Nebo zad zemloy" adlanır. Kliplərin rejissoru "Sevən ürəklər" qrupun rəhbəri Nicat Zeynallıdır. Bu ekran işində heç bir maddi gəlir əldə etmək fikrimiz yoxdur. Bundan sonra çəkdiyimiz kliplər hazırda lentə aldırdığımız ekran işləri kimi belə sadə olacaq. Əgər bu layihələrimiz mənə uğur gətirməsə, vətəni tərk edəcəm".

Kliplər haqda rejissor Nicat Zeynallı da söz açıb: "Çox əziyyət çəkdik. 3 günə 5 ekran işi lentə aldıq. Klipləri pulsuz çəkmişəm. Mənim sənətə və yaxşı səsə ehtiyacım var".

Qeyd edək ki, tədbirdə səbəbkarları təbrik etmək üçün şou-biznesin tanınmış simalarından müğənnilər Samira, Elvin Abdullayev, Sevil-Sevinc bacıları, "Şarm qrupu", skripkaçı Səlim iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə