İfaçının Avropa Oyunlarına həsr etdiyi klipi hazırdır

İfaçının Avropa Oyunlarına həsr etdiyi klipi hazırdır

Əməkdar artist Tünzalə Ağayeva fransız müğənni Kelli Coysla xeyli vaxtdır üzərində işlədiyi klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, "Bakımın üzü gülür" adlanan mahnının sözləri İsmayıl Dadaşova, musiqisi müğənninin özünə aiddir. Sözləri ingilis dilinə Zəhra Bədəlbəyli tərcümə edib. Ekran işi "Bakı-2015" Avropa Oyunlarına həsr edilib. Klipi Ukraynadan gələn rejissor ekran həyatı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə