İşın Karaca və Röya eyni səhnəni bölüşəcək

İşın Karaca və Röya eyni səhnəni bölüşəcək

Türkiyəli müğənni İşın Karaca sabah paytaxtımızın qonağı olacaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı mayın 9-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən Gül bayramına və Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr ediləcək konsertdə çıxış edəcək. İ.Karaca gecədə səhnəni müğənni Röya Ayxanla bölüşəcək.

Qeyd edək ki, tədbir Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısındakı yeni parkda, saat 21:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə