Bu gün "Arzuların ardınca" tammetrajlı filmin musiqisinə çəkilmiş klipin təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Qala" və "Şarm" qrupları, müğənnilər Çingiz Mustafayev, Talıb Tale, rejissor Ramin Ağasıyev və media mənsubları iştirak edib.
Mərasimi giriş sözü ilə açan "Qala" qrupunun solisti Nicat klip haqqında məlumat verib: "Ekran işi iki nəfərin sevgisindən bəhs edir. Mahnının gitara hisslərini Çingiz Mustafayev ifa edib. Onu da deyim ki, "Arzuların ardınca" filminin may ayının 13 qala gecəsi olacaq. Düşünürəm ki, bu film Azərbaycan kinomatoqrafiyasında böyük rol oynayacaq".
Daha sonra ekran işi nümayiş olunub.
Qeyd edək ki, tədbir jurnalistlərin sualları ilə davam edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB