Xəbər verdiyimiz kimi "Əli və Nino" filminin çəkilişi üçün Azərbaycana gələn aktyor Halit Ərgənç Gəncə Beynəlxalq Hava Limanında qalmaqal yaradıb. SİA-nın verdiyi xəbərə görə, məsələ ilə əlaqədar olaraq aktyor münasibət bildirib: "Nə qalmaqal, nə də mübahisə baş verib. Qışqır-bağır salmaq, ümumiyyətlə mənim xasiyyətimə uyğun deyil".
Qeyd edək ki, H.Ərgənçin hava limanına endikdən sonra viza məsələləri ilə bağlı bir müddət gözləməli olduğu və prosedur gecikdiyindən qışqır-bağır saldığı deyilirdi. Aktyordan üzr istəyən hava limanı işçilərinin daha sonra viza verilməsi prosedurunu tezləşdirdikləri iddia edilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB