Məşhurlar “Bakı 2015” I Avropa Oyunları haqda nə bilir? SORĞU-FOTOLAR
Ölkəmizdə keçiriləcək "Bakı 2015" I Avropa Oyunları haqda tanınmışlar arasında sorğu keçirdik. SİA həmin sorğunu təqdim edir:
Xalq artisti Gülyaz Məmmədova: "Sevinirəm ki, "Bakı-2015" Avropa Oyunları Azərbaycanda baş tutacaq. İdmançılarımıza uğurlar arzulayıram. Çox istərdim ki, idmançılarımız öz vətənlərində qalib olsunlar".

Müğənnilər Sevil Sevinc bacıları: "Çox xoşbəxt ölkədə yaşayırıq. Bütün dünya paytaxtımıza gələcək. Bakımızla tanış olacaqlar. "Bakı 2015" I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi həqiqətən də təqdirə layiqdir".
Müğənni Kamil Cəfərov: " "Bakı 2015" I Avropa Oyunları ilə Azərbaycanımızı bütün dünya tanıyacaq. Bütün dünya xəbərdar olsun ki, paytaxtımız günü-gündən gözəlləşir. Təbii ki, buna görə də Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirik".

Aktyor Nicat Rəhimov: " "Bakı 2015" I Avropa Oyunlarına sayılı günlər qalıb. Çox sevinirəm ki, bu yarış ölkəmizdə keçirilir. Bütün idmançılarımıza uğurlar arzulayıram".

Aktyor İlqar Musayev: "İdman hər zaman gənclərin maraq dairəsində olub. O cümlədən idman sağlam yaşayış tərzinin sığortasıdır. "Bakı 2015" I Avropa Oyunları vətənimiz üçün uğurlu olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB