Xəbər verdiyimiz kimi səsi, geyimi və fərqli tərzi ilə bolqarıstanlı müğənni Azis Bakıya gəlir. SİA-nın verdiyi xəbərə görə, iyulun 25-də baş tutacaq konsertdə əcnəbi sənətçi səhnəni yerli ifaçımız Ayan Babakişiyeva ilə bölüşəcək. Konsertin təşkilatçısı Samir Xəttab Bolqar popçu ilə Ayan xanımın səhnə performansının uğurlu alınacağı qənaətindədir. Təşkilatçının təklifindən məmnun qalan Ayan çıxışı dünya ulduzundan geri qalmayacaq. Hazırlıqları başlayan konsertdə xanım sənətçimizin yeni mahnıları qədər, yenilənən stili də sözün əsl mənasında tamaşaçısını heyrətə gətirəcək. Təfərrüatını açmayan A.Babakişiyeva həmin günün bayrama çevriləcəyinə söz verib: "İmici ilə fərqlilik yaradan Azis bu konsertdə təəccübləndirə biləcək yeganə ifaçı olmayacaq. Möhtəşəm şou, qeyri-adi geyimlərim və səhnə görüntüləri hazırlanır. Stilim artıq müəyyən olunub. Amma bunu indi açıqlamayıb, konsert günü üzərimdə göstərəcəm. Azis səsini dinləyib, bəyəndiyim ifaçıdır. Onunla səhnəni məmnuniyyətlə paylaşıb, əsl şou yaradacağımıza əminəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB