Aktrisa Ülviyyə Əliyevanın nişanlısından ayrıldığı xəbəri yayılıb. Məsələ ilə əlaqədar olaraq aktrisanın özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən Ülviyyə bunları dedi: "Bildiyiniz kimi, şəxsi həyatım barədə danışmağı sevmirəm. Sonuncu dəfə deyirəm ki, toy olmalı idi. Ancaq baş tutmadı. Nişan qayıtdı. Verilişlərin birində ara qarışdı və aparıcıya görə hər şey alt-üst oldu. Bu haqda artıq danışmaq istəmirəm".
Qeyd edək ki, Ü.Əliyevanın keçmiş nişanlısı ilə işbirliyi hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB