Elnur Hüseynov mahnısını türkcə səsləndirdi

Elnur Hüseynov mahnısını türkcə səsləndirdi

Ölkəmizi bu il "Eurovision"da təmsil edəcək müğənni Elnur Hüseynov "Hour of the Wolf" mahnısını türkcə səsləndirib. SİA-nın verdiyi xəbərə görə, "Qaranlıqlara təslim olmam" adını verdiyi bəstəyə ifaçı İstanbulda klip də çəkdirib. Klip ilk dəfə E.Hüseynovun Türkiyədə keçirdiyi partidə yayımlanıb.

Qeyd edək ki, "Eurovison 2015"in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək. Təmsilçimiz mayın 21-i "Hour of the Wolf" mahnısı ilə 11-ci nömrə altında ikinci yarıfinalda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə