Təranə Qumral və Musa Musayev cütlüyü "Gün üzü" verilişinin qonağı olub. SİA-nın verdiyi xəbərə görə, Təranə Qumral qayınanasının onun barədə dediyi mənfi sözlərə cavab verib: "Həyatımı kimisə düşünərək yaşamamışam. Mənə heç vaxt kənar fikirlər maraqlı olmayıb. Həmişə öz fikirlərimlə addımlamağı bacaran biriyəm. Mən övladlarımı da belə tərbiyə etmişəm. Hərdən deyirəm, qınayırlar. Ancaq həqiqətən də kənar fikirlər maraqlı və önəmli deyil. Jurnalistlərimiz yazırlar ki, Təranəni qayınanası qəbul etmir. Mən artıq özüm qayınanayam, heç kəsə də ehtiyacım yoxdur. Sadəcə yanımda ürəyim var və ona hörmət edərək, böyüyünə xoş sözlər dedim, sayqı göstərdim. Musanın anasını kimsə fitvalayır, elə sözlər dedizdirir. Avam qadındır düşünmür ki, gəlini haqqında belə sözlər demək düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB