Xalq artisti Gülyaz Məmmədova yaradıcılığında olan yeniliklərdən söz açıb. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "Hazırda yeni bəstələr üzərində işləyirəm. İllər öncə oxunmuş xalq mahnılarımız var ki, onlara yeni nəfəs vermək niyyətindəyəm. Hazırda sözügedən xalq mahnılarımızı aranjiman etdirirəm".
"Bakı-2015" Avropa Oyunlarından da söz açan xalq artisti Oyunların vətənimizdə keçirilməsini olduqca yaxşı qarşıladığıı deyib: "Sevinirəm ki, "Bakı-2015" Avropa Oyunları Azərbaycanda baş tutacaq. İdmançılarımıza uğurlar arzulayıram. Çox istərdim ki, idmançılarımız öz vətənlərində qalib olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB