Müğənni: “Mətanətin səviyyəsi yoxdur” FOTO

Müğənni: “Mətanətin səviyyəsi yoxdur” FOTO

Teleaparıcı Mətanət Əliverdiyevanın "Gündəlik" verilişində müğənni Rəhim Rəhimlinin üzünə tüpürməsi və Rəhimin onu qucağına alaraq verilişdən çıxarması müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı SİA-ya münasibət bildirən müğənni Əli Mirəliyev aparıcını "yıxıb-sürüyüb": "Mətanət başını itirib. Ağzının danışığını bilmir. O, efirə çıxanda özünü zavodda hiss edir. Rəhimin üzünü tüpürən adam, gələcəkdə Niyaməddin Musayevin, Zaur Rzayevin və mənim üzümə tüpürə bilər. Bu aparıcı sərhəd bilmir. Mətanəti hardan tapıblar, bilmirəm. M. Əliverdiyevanın səviyyəsi yoxdur. Onu da deyim ki, Mətanətin peşəsi aparıcılıq olsa da, ifaçılara rəy bildirir. Yaxşı oxuyan müğənniyə pis, pis ifaçıya yaxşı deyir. Hər kəs yerini bilməlidir. Mətanət kiminsə yerini tutub".

Bütün xəbərlər Facebook səhifəmizdə