"Əli və Nino" filmində Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyski rolunu canlandıran Halit Ergənç Gəncədə dava salıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor viza işləri uzandığı üçün Gəncə Hava Limanında əsəbiləşib. Növbə gözləməkdən bezən Ergənç qışqırmağa başlayıb. Onu sakitləşdirməyə gələn hava limanının işçiləri aktyoru tanıdıqdan sonra məsələni həll ediblər. Aktyordan üzr istəyən aeroport işçiləri Ergənçin vizasını dərhal veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB