Röya “Bakı-2015” Avropa Oyunlarına klip çəkdirir

Röya “Bakı-2015” Avropa Oyunlarına klip çəkdirir

Müğənni Röya Ayxan yeni klip çəkdirir. SİA-nın verdiyi xəbərə görə, ekran işi "Bakı-2015" Avropa Oyunlarına həsr olunub. İfaçı bu haqda sosial şəbəkədə yazıb: "Avropa Oyunları ilə bağlı klip çəkirik. Qələbəyə az qalıb deyə, bu addımı atırıq. Yanımda yer alsanız, klipi bir yerdə canlandırsaq xoşbəxt olaram. Mənimlə bir klipdə oynamağa hazırsınız?".

Qeyd edək ki, mahnının söz və musiqisi Muxtar Abseynova məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə