Bakı Caz Mərkəzində "Kevents group"un təşkilati dəstəyi ilə "Bu mənəm-2" layihəsinin yekun konserti olub. SİA-nın verdiyi xəbərə görə, Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş mərasimdə Azərbaycanda ilk dəfə uşaqlar və tanınan müğənnilərin duetlərindən ibarət işıq üzü görən "Bu mənəm-2" adlı albomun təqdimatı keçirilib. Tədbiri açıq elan edən aparıcı Azər Süleymanlının məlumatına görə, layihənin məqsədi uşaq mahnılarının təbliği, istedadlı uşaqlara dəstəkdir. Azyaşlı iştirakçılar arasında Azərbaycanı uşaq "Avroviziya" müsabiqəsində təmsil edənlər, həmçinin bayrağımızı bir çox ölkələrdə dalğalandıran istedadlılar yer alıb.
Uşaqlara dəstək olan müğənnilərdən əməkdar artistlərTüznalə Ağayeva, Lalə Məmmədova , Gülnaz İsmayılova, eyni zamanda Eldar Qasımov, Samira ,Rəşad İlyasov, Təranə Mahmudova, Zamiq Hüseynov, Günay İbrahimli, Abdül Xalid, Əkbər və Gülnarə Rəhman təqdimat günü balaca duet ortaqları ilə birlikdə səhnəni bölüşüblər.
Qeyd edək ki, layihənin digər layihələrdən fərqi ondan ibarətdir ki, burada yeni mahnılar hazırlanıb. Albomun bütün mahnıları layihə rəhbərləri olan Bəbir və Ülviyyə Bəbirli, sözləri isə Ruhiyyə Rüstəmova tərəfindən yazılıb. Mahnıların mövzuları sırf uşaqlara həsr olunub. Aranjimanlar Bəbir Bəbirliyə məxsusdur.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB