Rejissor Şeyx Əbdül Mahmudovun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Bir çox hallarda şou-biznes əhlini qınayırsız. Onları bu qədər tənqid etmənizə səbəb nədir?
-Tanınmışlar arasında elə xanımlar var ki, onlar millətin adına qara ləkədir. Hər zaman onlara məsləhət görürəm ki, hərəkətlərinə, sözlərinə fikir versinlər. Gündəmə gəlmək üçün adınızı batırmayın. "Gündəm" sözünü də çıxardanın Allah evini yıxsın. Xüsusi ilə vurğulayım ki, qızlarımızın efirlərdə açıq-saçıq geyimləri, lazımsız sözləri mədəniyyət işçilərinin adına xələldir. Kim də soyunmaq istəyir, Allah işini avand eləsin.
-Şou-boznes nümayəndələrinin qalmaqal etmələrinə münasibətiniz necədir?
-Onların bu hərəkətinə çox pis baxıram. Verilişlərdə ancaq bir-birlərinin arxalarınca danışırlar. Niyə bir-birinizi tərifləmirsiz? Sonda ac qalacaqlar. Çünki özlərindən o qədər razıdırlar ki, tamaşaçıları da saymırlar. Ancaq unutmasınlar ki, hazırda məşhurların yaxşı yaşamalarına səbəb xalqdır. Qışqırmaqdan başqa bir işə yaramırlar. Sanki şeytana xidmət edirlər.
-Demək istəyirsiniz ki, onların musiqi mədəniyyəti yoxdur?
- Bəzi müğənnilər notun nə olduğunu bilmirlər. Ritmləri yoxdur. Xarici oxuyurlar. Bilinmir ki, bunlar kimdir. Xalq sənətçilərimizi dinləyib, ləzzət almaq istəyir, ancaq əksinə olur, qulaqlarını tuturlar.
-Hansı ifaçılar oxuyanda qulaq asmaq istəmirsiz?
-Elimizin gözəl adətlərindən biri də toylardır. Odur ki, mən el şənliyində olanda toya tez gedib, təbrik edib, evimə qayıdıram. Çünki heç bir gənc ifaçını dinləmək istəmirəm. Onu da deyim ki, musiqiçilərimiz olmasa, el şənliklərimiz yüksək səviyyədə keçər.
-Sizi bu qədər özünüzdən çıxardan ifaçılar kimlərdir?
-Heç həmin kəslərin adlarını belə bilmirəm. Onları "şouçu"lar adlandırıram. Elə sənətçilər ancaq sinələrini və göbəklərini açıb, cırıq şalvar geyinib, şou göstərməklə məşğuldurlar. Televiziyalarda bambılılıq edirlər. Efir mədəniyyəti də olmayan müğənnilərə camaat tüpürür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB