Xeyli vaxtdır yoxa çıxan teleaparıcı Zemfira Adıgözəlova yenidən efirlərə qayıdır. SİA-ya açıqlama verən aparıcı yeni layihə ilə tamaşaçılarını sevindirəcəyini deyib: "Sentyabr ayında efirlərdə olacam. Gecə şousu ilə insanların qarşısına gələcəm. Verilişim əyləncə xarakterini daşıyacaq. Dinamik veriliş olacaq. Onu da deyim ki, gecə saatlarına kimi maşınların səsindən, binaların işığından hiss edirəm ki, artıq insanlarımız gec yatmağa meyillidirlər. Ona görə də layihəm gecə saat 12-də başlayacaq. Yatmaq istəyənlərin yuxusuna haram qatacam. Mən də hər zamankı kimi öz anpulamda olacam. Ənənəmə sadiq olaraq açıq-saçıq geyimlərə üstünlük verəcəm".



.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB