Müğənni hisslərini qələmə aldı

Müğənni hisslərini qələmə aldı

Müğənni Aytac Vidadiqızından yeni xəbər var. SİA-ya açıqlama verən ifaçı yeni mahnı ərsəyə gətirdiyini deyib: "Gecə idi. Xəyallara dalmışdım. Birdən içimdə sevgi tumurcuqlarının baş qaldırmasını hiss etdim. Mən özüm həm bəstəkar, həm də söz yazarıyam. Bu mahnımdakı sözlər içimdən gələn hisslərdən ibarətdir. Mahnımı dinləyən mənim hisslərimdən xəbərdar olacaq. İnanıram ki, hər dinləyici bu mahnımda məni görə biləcək. Sözügedən bəstəm "Sevirəm" adlanır".

Müğənni maddi durumdan əziyyət çəkdiyi üçün yeni mahnısına klip çəkdirə bilməyəcəyini də söyləyib: "Hər kəs məni varlı müğənni adlandırır. Amma bu belə deyil. Əgər pul tapsam bu mahnıma da klip çəkdirəcəm. Pullarımın çoxunu ötən ay təqdim etdiyim "Bezdim, gəlmə" adlı klipimin çəkilişinə xərclədim. Bilirsiniz ki, klipin ekran işi Gürcüstanda həyata keçdi. Bu səbəbdən hələ ki, "Sevirəm" adlı mahnımın klip çəkilişinin olub-olmaması maddiyata bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə