Türkiyəli sənətçi Demet Akalın Bakıda konsert verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı Heydər Əliyev Sarayında səhnəyə çıxıb. Konsertdə maraqlı anlar yaşanıb. Səhnəyə çıxan müğənni tamaşaçıları salamlayaraq onlar haqqında xoş fikirlərini deyib:"İçəridə oturub gözləyəndə deyirəm ki, deyəsən, heç kim gəlməyib. Menecerim bildirdi ki, "yox, zal dolub. Hamı bəzənib oturub səni gözləyir". Dünyanın bir çox yerində konsertdə olmuşam, amma belə kübar, mədəni tamaşaçılar ilk dəfədir görürəm. Çox sağ olun".
Sevilən mahnılarını oxuyan Demet ifası zamanı hər kəsin rəqs etməsini xahiş edib.
Qeyd edək ki, gecə rəngarəngliyi ilə yadda qalıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB