Müğənni Elnarə Xəlilova ADDIM Gənclər Təşkilatının kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən "Cinemaya ADDIM-la" adlı layihəsinin qonağı olub. SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində müğənni gənclərlə bərabər 28 Cinemada türk rejissoru Taner Gündönərin "Bana adını sor" filmini izləyib. Tədbirin əvvəlində ADDIM Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan Elnarənin sənət və ailə fəaliyyətinin gənclərə örnək olmasından danışıb. Təmənnasız sevgi mövzusunun ana xətt olan filmdə də bu dəyərlər nümayiş olunub.
"Gənclərlə birlikdə film izləməyə yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Baxmayaraq ki, mən tez-tez kinoteatrlara gəlirəm. Amma gənclərlə kinonümayiş, özüdə bu film bambaşqa təəsüratlar yaratdı" deyə Elnarə Xəlilova fikrini bildirib. Filmin nümayişindən sonra gənclər qonaqla fotolar çəkdiriblər.
Qeyd edək ki, "Cinemaya ADDIMla" layihəsi çərçivəsində nümayiş olunan "Bana Adını Sor" filmi Türkiyədə 2015-ci ilin ən romantik filmi hesab olunur və gənc pianoçu Hakanın sevgi hekayəsindən bəhs edir.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB