“My name is İntiqam”ın davamı gəlir

“My name is İntiqam”ın davamı gəlir

Böyük kütlə tərəfindən baxılan "My name is İntiqam" filminin ikincisi çəkiləcək. SİA-ya bu haqda ekran işinin baş rol ifaçısı Müşfiq Şahverdiyev məlumat verib: ""My name is İntiqam" filmi insanlar tərəfindən baxılıb, sevildiyi üçün davamını çəkmək qərarına gəldik. Hazırda həmin ekran işinin çəkilməsi üçün komanda şəklində işlər görürük. Belə ki, bu dəfə film tək Azərbaycanda yox, xarici ölkələrdə də lentə alınacaq. Bunun üçündə maddi durum yaxşı olmalıdır. Onu da deyim ki, "My name is İntiqam" filminin ərsəyə gəlməsi üçün bütün maddiyyatı öz öhdəmə götürmüşdüm. Ancaq davamının çəkilməsi üçün sponsorlara ehtiyyacımız var. Ümid edirik ki, bizə dəstək olanlar tapılar".

Bütün xəbərlər Facebook səhifəmizdə