Ən çox qazanan məşhurların adları açıqlandı FOTOLAR

Ən çox qazanan məşhurların adları açıqlandı FOTOLAR

Türkiyədə ən çox qazanan məşhurların adı açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, aktyor Özcan Deniz "Kaderimin yazıldığı gün" adlı serialdan hər bölüm üçün aldığı 96 min lirəlik ödənişlə, sektorun ən çox qazanan kişi aktyoru adını alıb. Serial, reklam və konsert gəlirləri ilə ən çox qazanan sənətçilər arasında iştirak edən Deniz, son olaraq bir içki markasının reklam kampaniyası üçün razılaşma imzalayıb.

Məşhur müğənni Sıla ilə birlikdə kamera qarşısına keçən ifaçı, aldığı 2 milyon lirayla reklam dünyasında da ən yüksək qonorar alan məşhurlar siyahısına daxil olub.

Cem Yılmaz 2,5 milyon dollar qazancla adını reklamlardan ən çox qazanan aktyorlar sırasına yazdıra bilib.

Cem Yılmazdan sonra isə məşhur aktrisa Beren Saat bir reklama çəkilmək üçün 2 milyon dollar qonorar alıb və ikinci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə