Əcnəbilər modelyerimizin yaz-yay kolleksiyasından geyinəcək FOTOLAR
Tanınmış modelyer Günay Mirzə dünyaca məhşur dizayner Margaux Bagurdan əməkdaşlıq təklifi alıb. Los-Angelesdə showroom şəbəkəsi yaradan dizaynerə eskizlərini təqdim edən azərbaycanlı modelin yaxın aylarda təqdimat üçün səfəri nəzərdə tutulub. Əməkdaşlığın təfərrüatını SİA-ya açıqlayan G.Mirzə bildirib ki, əcnəbi dizaynerlərlə onun yaradıcılıq mübadiləsi İtaliyada təhsil aldığı illərdən başlayıb. Sosial şəbəkədə modelyeri izləyən sözügedən dizayner, onun ötən ay keçirilən "Fashion Night-2015"dəki kolleksiyasını bəyənərək əməkdaşlığa qərar verib: "Eskizlər artıq göndərilib. Geyimlər yaz-yay kolleksiyası üçün nəzərdə tutulub. Öncə modellərin iştirakı ilə podiuma çıxarılacaq kolleksiya daha sonra satış məqsədi ilə Margaux Bagurdanın Los-Angelesdəki və onun xətti ilə müxtəlif şəhərlərdə showroom şəbəkələrinə paylanılacaq".
Qeyd edək ki, Günay Mirzə İtaliyada "İstituto Superioredi" master dərəcəsinə yüksəlib.

.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB