Keçmiş "Dəyirman" qrupunun üzvündən yenilik

Keçmiş "Dəyirman" qrupunun üzvündən yenilik

Keçmiş "Dəyirman" qrupunun üzvü ABD Malik şou-biznes nümayəndələrini başına cəm edib. SİA-nın verdiyi xəbərə görə, o, yeni "Çata bilim" adlı klipinin təqdimatını keçirib. Tədbirdə ifaçının sənət dostları iştirak edərək, səbəbkarın ünvanına xoş sözlər arzu edib, onu təbrik ediblər.

Ekran işində Zülfiyyə Xanbabayeva, Miri Yusif, Murad Dadaşov, Nikki Camal, L-mir, İlkin Həsəni, Nərgiz Cəlilova, Zamiq Hüseynov, Ədalət Şükürov, Samirə Allahverdiyeva, Hüsniyyə Məhərrəmova, Anar Abdullah və Emin Əfəndi çəkilib.

Qeyd edək ki, "Çata bilim" adlı mahnının musiqisi və aranjimanı Felt Gibsona, sözləri müğənninin özünə məxsusdur. Klipin rejissoru Şəhriyar Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə