Müğənni-aparıcı Elgün Hüseynovun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Sizdən hansı yenilikləri gözləyək?
-Hələ ki, yeni bəstə yazdırmamışam. Xeyli müddət bundan qabaq lentə aldırdığım mahnıları yeni aranjimanda səsləndirmək fikrim var.
- Aparıcılıq və müğənnilik ikisi bir arada sizin üçün çətin deyil?
-Hazırda xalq artisti Aygün Kazımovanın, şoumen Murad Dadaşovun, ABD Malikin jurilik etdiyi "Özünü tanıt" layihəsində aparıcılıq edirəm. Bu verilişi mənə aparmağı layihə rəhbəri həvalə edib. Mənə həvalə etmələrinə səbəb aktyorluq bacarığımın olmasıdır. Onu da deyim ki, münsiflər kürsüsündə əyləşən insanlarla birgə çalışmaq mənim üçün xoşdur. Eyni zamanda yaradıcılığımda bir uğurdur. Ələxsus vurğulayım ki, aparıcılıqda və müğənnilikdə mənə yaxın sənət olduğu üçün çətinlik çəkmədən işimin öhdəsindən gələ bilirəm. Həm zövq alıram, həm də çörək pulu qazanıram(gülür).
-Özünüzü aktyor kimi sınamaq istərdiniz?
-Çox istərdim ki, filmlərdə, seriallarda rol alım. Amma hələ ki, belə bir dəvət almamışam. Onu da deyim ki, yumoristik və ciddi obrazlarda oynaya bilərəm.
-Hazırda şou-biznesin bir çox tanınmış simaları seriallarda rol alıblar. Onların oynadıqları filmlərdən razısınızmı?
-Serialda və filmdə rol alan kəslərin ilk olaraq aktyorluq bacarığı olmalıdır. Bu çox mühim amildir. Amma bəzi ekran işlərində rol alan tanınmışların əksəriyyətində sunilik və qeyri-peşəkarlıq var. İstərdim ki, həmin kəslərə aktyorluq sənəti barədə kurs keçsinlər. Serial çəkmək xatirinə lentə almasınlar.
-Son günlər həmkarlarınız vətəndən kənarda işlərini davam etdirirlər. Sizində belə bir fikriniz varmı?
-Azərbaycanda işlərimi daha yaxşı qurduqdan sonra xarici ölkəyə səfər etməyi planlaşdıraram. Eyni zamanda işimlə bağlı dəvətlər alsam, layihələrimi vətəndən kənarda həyata keçirib, geri dönərəm.
-Şəxsi həyatınızda yenilik var? Ata olmağı düşünmürsüz?
-Şəxsi həyatımla bağlı heç nə demək istəmirəm. Amma hələ ki, ata olmağı düşünmürəm.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB