Tarzənimizə nə hədiyyə etdilər? FOTOLAR

Tarzənimizə nə hədiyyə etdilər? FOTOLAR

Tarzən Humay Qədimova yaxın sənətçi dostları ilə birlikdə doğum gününü qeyd edib. Uzun illərdir dostluq etdiyi müğənnilər Gülay Zeynalova, Sima Qasımova və Zemfira İbrahimova sənətçiyə sürpriz ediblər. Təmtəraqdan uzaq olan Humaya ziyafət təşkil ediblər. Ötən il anasını itirən Humayın ad günü sükutunu pozan dostların jestinə qarşılıq olaraq tarzən bunları qeyd edib: "Hər üç sənətçi ilə dostluğumuz musiqi kollecindən başlayıb, uzun illərdir davam edir. Bəzi günlərdə valideynlərimi itirdiyimə görə, üzüm gülmür. Amma çətin günlərimdə dostlarım yanımda olub".

Qeyd edək ki, Humaya özəl hədiyyələr də olub. Sənətçi həm tələbələri, həm pərəstişkarları tərəfindən hədiyyələr, gül dəstələri alıb. Bunlardan biri çələngin tar alətini əks etdirməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə