Namiq: “Nanə xanımı çox sevirəm” FOTOLAR

Namiq: “Nanə xanımı çox sevirəm” FOTOLAR

Meyxanaçı Namiq Qaraçuxurlu teleaparıcı Nanə Ağamalıyeva ilə sevgili olması ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, o, bu barədə sosail şəbəkədə aydınlıq gətirib: "Bəli, mən Nanə xanımı çox sevirəm. Bir yaradıcı sənət adamı kimi çox bəyənirəm. Yaradıcı insandır. Xətrini çox istəyirəm. Yayılan söhbətlər əsassızdır, bizim aramızda sevgi-məhəbbət yoxdur. Biz yaxın dostuq. "Mənə bir az ondan danış" verilişinin qonağı olacam. Nanə xanımın layihəsinə və komandasına xələl gətirməmək üçün tam açıqlama vermək istəmirəm. Bir onu deyə bilərəm ki, yayılan video-rolik və şəkillər veriliş üçün çəkilib".

Bütün xəbərlər Facebook səhifəmizdə